ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib


17:18     25 Aprel 2019 2019/04/4130700f-0273-4e67-a6bf-d1c0cc6c1bb1_1556198383.jpg

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.

Femida.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bildirib.

O deyib ki, ölkəsinin Xarici İşlər naziri Məhəmmədcavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı təklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

S.A.Musəvi əlavə edib ki, M.Zərif cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ Evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, M.Zərif Ağ Ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.

Nyu-York-Asiya dərnəyində çıxış edən M.Zərif bildirib ki, bu təklifi 6 ay əvvəl irəli sürdüklərini, ancaq Donald Tramp Administrasiyasından bir cavab almadıqlarını vurğulayıb.

Açar sözlər:

Oxunub: 131