XİN-dən Gürcüstanla mübahisəli məsələyə MÜNASİBƏT
19:02 25 Aprel 2019
Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat katibi Leyla Abdullayeva Femida.az-a açıqlamasında deyib ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - o qeyd edib.
Femida.az
Oxunub: 327
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb