BDU tələbəsi dərmandan zəhərləndi - Vəziyyəti ağırdır


19:22     25 Aprel 2019 klinika.jpg

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dərmandan zəhərlənib.

Femida.az əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.

Femida.az

Açar sözlər: #BDU  

Oxunub: 452