Qarabağ şəhidinin 25 ildən sonra məzarı tapıldı
19:50 25 Aprel 2019
Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişli rayonunda aşkarlanıb.
Femida.az Report-a istinadən xəbər verir ki, şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb.
Ona vaxtilə həmin qəbiristanlıqda 32 naməlum şəhidin dəfn olunduğu, ancaq 25-nin şəxsiyyətinin müəyyənləşdiyi bildirilir. H.Nəcəfovun oğlunun şəklini axund həmin dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurur və onlardan birinin şəkli ilə uyğun gəldiyini görür.
Şəhidin atası bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Nəticədə aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Femida.az
Oxunub: 731
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO