Bakıda və Ağdaşda ev yanıb

Bakıda və Ağdaşda ev yanıb


21:13     25 Aprel 2019 yangin_38673636.jpg

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli mansarda tipli evin mansardasının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub

Digər məlumata əsasən, Ağdaş rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 134 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 144