Azərbaycandan Uruqvaya NOTA
21:26 25 Aprel 2019
Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə rəsmi Bakının etiraz notasını təqdim edib.
Xarici İşlər Nazirliyindən (XİN) Femida.az-a bildirilib ki, kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin qondarma “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə məlumatlar verilib.
Sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib.
"Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.
Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub", - XİN-in yaydığı məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 318
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb
- Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir
- Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək
- Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib