Moskvada atışma olub, ölənlər var


22:30     25 Aprel 2019 silahlı.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub, 2 nəfər ölüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verib.

Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 318