Sərxoş kişi bıçaqlandı - Cinayətkarı xatırlamır


09:05     26 Aprel 2019 bicaq_elbeyaxa_00.jpg

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, 1979-сu il təvəllüdlü Əliyev Fizuli qarnından bıçaqlanıb.

Yaralı içkili olduğundan onu kimin bıçaqladığını xatırlamır.

O, dərhal şəhər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 334