İşçilərin hüquqlarının qorunmasına dair nəzarət sistemi yaradılır


11:24     26 Aprel 2019 2019/04/5cc2b01930322_805cc2a7c2ed0f5_1556263904.jpg

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatı üçün operativ nəzarət sistemi yaradılır.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, yeni qurulan "Məşğulluq" altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verəcək. Nazir bildirib ki, bu altsistem, eyni zamanda, işəgötürənlərin, o cümlədən "AmCham Azərbaycan"da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi mexanizminin təkmilləşməsinə şərait yaradacaq.

Nazirliyin "AmCham Azərbaycan"la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət "Ağ sənəd" layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır.

Femida.az

Açar sözlər:

Oxunub: 575