Zakir Həsənov cəbhəboyu zonada - Nazir tapşırıqlar verdi (FOTO)
12:02 26 Aprel 2019
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.
Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.
General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Femida.az
Oxunub: 567
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub