Azərbaycan “Peugeot” markalı avtomobilin yeni modelinin istehsalına başlayacaq
12:47 26 Aprel 2019
"Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır”.
Femida.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, sözügedən maşının istehsalına təqribən 2 aydan sonra başlanılacaq: “Biz müəyyən məsələləri Fransa ilə razılaşdırırıq”.
Qeyd edək ki, bu, “Peugeot 207” modeli olacaq. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq”.
Xatırladaq ki, "Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri fevral ayının sonundan daxili bazara çıxarılıb və qiyməti 17 500 manatdır.
Oxunub: 394
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)