Sevdiyi qızı öldürdü, anasını yaraladı - 19 il həbs


13:22     26 Aprel 2019 publika.az1445323482hebs.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Qədimov 19 il müddətinə azadlıqdan məhrum edili

Qeyd edək ki, Bakının Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi göndərib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Bu vaxt o, ov tüfəngi ilə A. Cəfərova və onun anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovaya atəş açıb. Gənc qız aldığı xəsarətdən ölüb, E.Cəfərovanın həyatını xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər:

Oxunub: 443