DYP Mingəçevirdə reyd keçirib, 70-dən çox sürücü saxlanılıb


16:13     26 Aprel 2019 19_04_26_1556280824.jpg

Mingəçevirdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı reyd keçirilib.


Femida.az -ın məlumatına görə, bu gün Dövlət Yol Polisi əməkdaşları təmiz hava aylığı çərçivəsində Mingəçevirin Heydər Əliyev prospektində həyata keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən 70-dən çox avtomobil sürücüsü saxlanılıb. Onlardan 27-si barəsində müvafiq inzibati protokollar tərtib olunub. Bununla da təmiz hava aylığı çərçivəsində Mingəçevirdə barəsində inzibati protokol tərtib olunan sürücülərin sayı 86 nəfərə çatıb.

Açar sözlər:

Oxunub: 359