760 veteran ailəsinə birdəfəlik maddi yardım ödəniləcək


18:44     26 Aprel 2019 sosial%20yardim.jpg


Dövlət başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı Sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımların həmin şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər həyata keçirilir.


Sərəncama əsasən, muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulub.

21 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 739 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 500 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. (AzərTac)

Femida.az

Açar sözlər: #Naxçıvan  

Oxunub: 476