Külli miqdarda brilyant gətirən şəxsin məhkəməsi başlayır


20:04     26 Aprel 2019 1398947325_mehkeme.jpg

Qacaqmalçılıqda təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı Ecer Bilalın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda təyin olunacaq.

Qeyd edək ki, ötən il noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Yoxlama zamanıonun çantasında 95 qram 2 638 ədəd brilyant qaşlar aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 431