Qadınların qənimi tutuldu
20:52 26 Aprel 2019
Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib.
Femida.az bildirir ki, Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb.
Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasını aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Qadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək
- Qadınların yerli idarəetmədə iştirakı üçün şərait varmı? - Azərbaycanı Avropada təmsil edən bələdiyyə üzvü şərh edir
- Qadınların mikrosahibkarlıq fəaliyyətinə dəstək verilir
- Qadınların pullarını ələ keçirən dələduz saxlanıldı
- Qadınların sayı 5 dəfə artıb - Naxçıvanda