ABŞ-da casusluqda ittiham edilən Rusiya vətəndaşına hökm oxunub
21:22 26 Aprel 2019
Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək tutulan Rusiya vətəndaşı Mariya Butina 18 il azadlıqdan məhrum edilib.
Femida.az -ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmə hökm çıxarıb. 9 aydır həbsxanada saxlanılan M.Butinanın azad ediləcəyi və ölkədən çıxarılacağı düşünülsə də hakim onun daha 9 ay həbsxanada saxlanılması qərarını verib. Hakim bildirib ki, tələbə olan bu şəxs nəinki ABŞ-ın siyasi sistemi barədə öyrənməyə çalışıb, həmçinin Rusiya rəhbərliyi üçün faydalı ola biləcək məlumatlar toplamaq istəyib.
Məhkəmə həmçinin onun azadlığa çıxan kimi ölkəsinə deportasiya olunması barədə qərar çıxarıb.
Mariya Butina ötən il iyulun 15-də Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək həbs olunub. Daha sonra Rusiya vətəndaşı olan bu şəxs öz günahlarını etiraf edib. Onun istintaqla əməkdaşlığın ona maksimum cəzadan yayınmağa kömək edəcəyi üçün bu addımı atdığı deyilir.
Oxunub: 374
Oxşar xəbərlər
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb
- ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb
- ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
- ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat edib
- ABŞ-da atışma nəticəsində 6 nəfər ölüb
- ABŞ-da Ukraynaya müasir HHM sistemlərinin tədarükü müzakirə edilir
- ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
- ABŞ-da vaksinasiyadan imtina etdiyi üçün 27 hərbçi qovulub