Formula 1-ə gələn hər turist ölkəmizə azı 1000 dollar gətirir
09:27 27 Aprel 2019
Formula 1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizə ən azı, 1000 dollar gəlir gətirir.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, Formula yarışına baxmağa gələnlər adətən, maddi imkanları yüksək olan fanat turistlər olurlar.
Bakıya gələn belə turistlərin daha çox 5 ulduzlu, müəyyən qisminin isə 4 ulduzlu hotellərdə qaldığını deyən N.Bağırov onların paytaxtımızın mərkəzindəki yerləşdirmə obyektlərinə üstünlük verdiklərini söyləyib.
O qeyd edib ki, Formula yarışlarına baxmağa gələnlər Azərbaycana adətən, 3 günlük səfər edirlər:
“Turizm şirkətləri də bunu nəzərə alaraq, Formula yarışlarının keçirildiyi dövr üçün turpaketlərini 3 günlük edir. Ona görə də gələn qonaqların 90 faizi Bakıda 3 gün müdətində qalır”.
N.Bağırov əlavə edib ki, yarışları izləyənlər adətən azarkeşlər olduqları üçün onların çoxu ölkəmizə ötənilki Formula yarışlarında gələnlərdir.
Assosiasiya sədri Formula yarışlarının Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından çox əhəmiyyətli olduğunu da söyləyib.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Bakıda özəl klinikada ərəb turist ölüb
- DİN: "Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib"
- Bakıda ərəb turistləri arasında insident olub
- Bakıda qadın ərəb turistin 300 min pulunu aldı
- Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar
- “Torqovı”da ərəb turist bıçaqlandı
- Braziliyada turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb
- Azərbaycana turist axını sentyabrda 2 dəfə artıb
- Rus turistlər Antalyada qəzaya düşdü
- Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var