Dələduz vəkil AXCP-dən namizəd imiş - FOTO


15:41     30 Oktyabr 2015 23796.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az -ın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub. (Apa)

Açar sözlər:

Oxunub: 1112