31 abituriyentin imtahan nəticələri ləğv edildi - SƏBƏB


11:48     27 Aprel 2019 imtahan1.jpg

7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.


Bu barədə Femida.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.

Qeyd edilib ki, aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması ilə əlaqədar ilkin araşdırmanın nəticəsi bəllidir, növbəti həftənin birinci günü bununla bağlı ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 405