“Birincidən 85, ikincidən 104 manat çıxdı” - Qadınların çantasına qənim kəsilən SOYĞUNÇU (VİDEO)


12:46     27 Aprel 2019 2019/04/750202_1556354855.jpg

Paytaxtın Yasamal rayonu ərazisində soyğunçuluq edilib.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Göygöl rayon sakini Arif Əliyev saxlanılıb.

Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasını aldığı məlum olub.

Arif Əliyev - Saxlanılan şəxs: "Soyğunçuluq etmişəm. İkisini də eyni qaydada. Çantanı götürüb çıxıb getmişəm. Birincidən 85 manat, ikincidən 104 manat çıxdı. Sonra da 29-cu Polis Şöbəsinin əməliyyatçıları məni tutdu".

Faktla bağlı 29-cu Polis Şöbəsinə toplanan materiallar araşdırılması üçün Yasamal Rayonu Polis İdarəsinə göndərilib. İstintanq tədbirləri davam etdirilir. Soyğunçuluq edən şəxsin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-nin "102 Zəng" mərkəzinə, Yasamal Rayonu Polis İdarəsi və ya 29-cu Polis Şöbəsinə müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 728


Oxşar xəbərlər