Paşinyan bu şəxsdən üzr istədi

Paşinyan bu şəxsdən üzr istədi


14:46     27 Aprel 2019 19_04_27_1556356986.jpg


Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altında olan Qarabağda qanunsuz olaraq formalaşdırılmış hərbi birləşmənin sabiq "komandiri" Levon Mnatsakanyanla görüş keçirib.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, Paşinyanın göstərişi ilə "vəzifəsindən" azad edilən Levon Mnatsakanyan İrəvana dəvət edilib və ondan kobud ifadələrə görə üzr istənilib.

Paşinyan onun dostluğunu qazanmağa çalışmaqla, keçmiş hakimiyyət dövründə işlədiyi kimi fəaliyyətinə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Məlumata görə, Mnatsakanyanı böyük çətinliklə Qarabağdan gələrək, Paşinyanla görüşə razı salıblar. Görüş zamanı Paşinyan öz qərarını əsaslandırmağa və münasibətlər yaratmağa çalışıb.

Mnatsakanyan onunla əlaqə yaratmağa çalışan jurnalistlərə sərt bir şəkildə, bu, sizin işiniz deyil deyə cavab verib.

Femida.az

Açar sözlər: #Paşinyan  

Oxunub: 220