Mövlud Çavuşoğlu İraqa səfər edəcək


15:54     27 Aprel 2019

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu aprelin 28-29-da Bağdad, Bəsrə və Ərbil şəhərlərinə səfər edəcək.

Səfər çərçivəsində Çavuşoğlu İraq Xarici İşlər naziri Məhəmməd Əli Həkim ilə Bağdaddakı digər yüksək səviyyəli rəsmilərlə görüşəcək. Bundan əlavə, səfər zamanı Türkiyə və İraq arasında ikitərəfli əlaqələr, terrorizmlə mübarizə, İraqın bərpası və bir sıra regional məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə İraqın yenidən qurulması üçün 5 milyard dollar vəsait ayırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 425