İki nəfərdən tüfəng götürülüb


16:15     27 Aprel 2019 ov-tufengi.jpg

Gədəbəy RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Göyəlli kənd sakini A.Tağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq sənədləri olmayan “Karabin” tüfəngi və 1 ədəd optik nişangah aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 694