İmişlidə qarşısına it çıxan maşın aşıb


18:55     27 Aprel 2019 19_04_27_1556376395.jpg

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.

İmişli rayonunun Yalavaclı kənd sakini, 1989-cu il təvəllüdlü Rəfiyev Adil İzvan oğlunun idarə etdiyi “NİVA” markalı avtomobilin qarşısına it çıxıb və o, idarəetməni itirərk avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Yalavaclı kənd sakini, 1986-cı il təvəllüdlü Mürsəlov Eynulla İkram oğlu baş nahiyələrindən xəsarət alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 374