Doğuş zamanı daha bir ana ölümü - Bu dəfə nadir xəstəlikdən


20:36     27 Aprel 2019 klinika.jpg


Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.


Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.

Paytaxtın Nizami rayonu, Abbasov küçəsi 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı "Hellp sindromu" diaqnozu ilə Baku Medical Plaza-ya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də Baku Medical Plaza-ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb.

Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, Baku Medical Plaza-ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #ana  

Oxunub: 670