Bu ölkədə yüzlərlə həkim istefa verdi – SƏBƏBİ...


20:52     27 Aprel 2019 hekim_348686787.jpg


Mərakeşin dövlətə məxsus xəstəxanalarından birində çalışan 310 həkim istefa verib.

Söhbət Fəs şəhərindəki tibb ocağından gedir.

Şəhərin Bəni Məlal bölgəsində 122, Məknəs bölgəsində 125, Şərq bölgəsində isə 63 həkim işə çıxmaqdan imtina edib.

Məlum olub ki, həkimlər bu hərəkətlərilə ölkənin səhiyyə sistemində mövcud olan problemlərə etiraz ediblər.

Həmrəylik nümayiş etdirən tibb işçiləri ölkədəki səhiyyə xidmətinin vətəndaşların tələblərinə uyğun gəlmədiyi vurğulayaraq, hətta hökumətin mövcud çatışmazlıqların səbəbinin həkimlərdə görməsinin yolverilməz olduğunu dilə gətiriblər. lent.az

Femida.az

Açar sözlər: #həkim  

Oxunub: 402