Bakıda ana nadir xəstəlikdən ölüb - İDDİA


21:58     27 Aprel 2019 2019/04/64574814-6E0F-4E5D-8638-44F8A297C147_1556388470.jpeg

Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.

a href="http://www.femida.az">Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.

Paytaxtın Nizami rayonu, Abbasov küçəsi 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı "Hellp sindromu" diaqnozu ilə Baku Medical Plaza-ya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də Baku Medical Plaza-ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb.

Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, Baku Medical Plaza-ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

a href="http://www.femida.az">Femida.az

Açar sözlər:

Oxunub: 431