Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb


22:08     27 Aprel 2019 hebs5.jpg

Paytaxtın Nəsimi rayonunda kombi aparatları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan E.Abbasovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun S.Hüseynova, M.Murtuzovaya və G.Quliyevaya məxsus kombi aparatlarını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 430