Məktəbli qız itkin düşdü


10:54     28 Aprel 2019 2018/02/mektebli-piyada_1519214699.jpg

Bakıda məktəbli qız itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.

M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir.

Faktla bağlı araşdırmalara başlanılıb. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 399