İspaniyada parlament seçkiləri keçirilir


15:30     28 Aprel 2019 2019/04/45C1FC4A-BCD4-4F38-9DED-4AABBADF086E_1556451204.jpeg

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

36,9 milyon ispan səsvermə hüququndan istifadə edəcək. Onlar Konqresə aşağı palatadan 350, yuxarı palatadan isə 208 senatoru seçəcəklər. Seçkilər saat 20:00-da bitəcək.

Qeyd edək ki, ölkədə parlament seçkiləri 2020-ci ildə keçirilməli idi. Millət vəkillərinin hökumətin təqdim etdiyi 2019-cu ilin büdcə layihəsini təsdiqləməkdən imtina etməsi səbəbindən baş nazir Pedro Sançes seçkilərin bu il keçirilməsi qərarını verib.

Femida.az

Açar sözlər:

Oxunub: 480