Gülhanədə dünyasını dəyişən tələbə Salyanda torpağa tapşırıldı - FOTO


20:20     28 Aprel 2019 19_04_28_1556466758.jpg

Ötən gün Türkiyədəki Gülhanə xəstəxanasında ağır xəstəlikdən dünyasını dəyişmiş APU-nin 1-ci kurs tələbəsi Məhəmməd Qurbanovun cənazəsi bu gün Salyan rayonunda torpağa tapşırılıb.

Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, izdihamlı dəfn mərasimində rayon ictimaiyyəti ilə yanaşı mərhumun Dövlət Sərhəd Xidmətində qulluq edən atasının zabit yoldaşları da iştirak ediblər.




Xatırladaq ki, 18 yaşlı Məhəmməd Qurbanov qəfil ağırlaşmış leykoz xəstəliyindən əziyyət çəkdiyi üçün ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.

Açar sözlər:

Oxunub: 703


Oxşar xəbərlər