Almaniyada 50 avtomobil toqquşdu, 25 nəfər yaralandı


20:57     28 Aprel 2019 19_04_28_1556467096.jpg

Almaniyanın Türingen əyalətində zəncirvari qəza baş verib.

Femida.az “Regnum”a istinadən xəbər verir ki, 50 avtomobilin iştirak etdiyi qəza nəticəsində 25 nəfər yaralanıb. Onlardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra magistral yol bağlanıb. Yaralıların daşınması üçün əraziyə 2 təcili yardım helikopteri cəlb edilib.

Faktla bağlı araşdırma araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 335