Azərbaycanda daha üç nəfəri it dişlədi


10:14     29 Aprel 2019 it_dislemesi_455.jpg

Zaqatala rayonunda 3 nəfəri it dişləyib.


Femida.az Report-a istinadən xəbər verir ki, ilk hadisə Muxax kəndində baş verib.

Kənd sakini 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu kənd ərazisində it dişləyib.

Növbəti hadisə rayonun Göyəm kəndində qeydə alınıb.1949-cu il təvəllüdlü Məhəmməd Abdusalam oğlu Liliyevə də sahibsiz it hücum çəkib.

Digər hadisə isə rayonun Muğanlı kəndində baş verib. 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi küçə iti dişləyib.

İt dişləyən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər üç şəxsə əl və barmaq nahiyyələrinin it dişləməsi diaqnozu qoyulub və peyvənd olunduqdan sonra evə buraxılıblar.

Femida.az

Açar sözlər: #Zaqatala  

Oxunub: 464