Evdən çıxdı, bir daha geri qayıtmadı - Polis onu axtarır


11:13     29 Aprel 2019 2019/03/qadin-yasli-qoca_1551695652.jpg

Paytaxtın Yasamal rayon sakini itkin düşüb.

Femida.az-ın məlumatına görə, Bakı şəhəri Yasamal rayonu, M.Sübhi küçəsində yaşayan 1937-ci il təvəllüdlü Aşurova Tahirə Nağı qızı aprel 26-da saat 18:00 radələrində evdən çıxıb və qayıtmayıb. Onu görən şəxslərdən “102”qaynar xəttinə müraciət etmələri xahiş olunur.

Faktla bağlı Bakı şəhər Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Yasamal  

Oxunub: 336