"Güzəştli mənzillər" 40 saniyəyə satıldı


11:15     29 Aprel 2019 19_04_29_1556522406.jpg


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını həyata keçirib.


Femida.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı bu gün saat 11:00-da başlayıb. Mənzil seçimi üçün 30 aprel 2019-cu il tarixi saat 23:59-dək vaxt verilsə də, mənzillər cəmi 40 saniyədə hamısı satılıb.

Qeyd edək ki, dövlət layihəsi çərçivəsində tikilən bu mənzillər vətəndaşlara təmirli vəziyyətdə təqdim olunur və bazar qiymətindən xeyli aşağı satılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #MİDA  

Oxunub: 2976