Göygöldə ağır qəza - Biri azyaşlı olmaqla 3 nəfər öldü


13:26     29 Aprel 2019 piyada_usaq.jpg

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” və "VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb.

Qəza nəticəsində daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Ölən və yaralananların adı hələ ki, məlum deyil.


Femida.az

Açar sözlər:

Oxunub: 330