Azərbaycanda yeni platforma yaradıldı: AMAT


14:21     29 Aprel 2019 19_04_29_1556533387.jpg


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya sahəsində tədqiqatların aparılmasının təşviqi, eləcə də elmi dairələrin miqrasiyanın idarəedilməsinə cəlb edilməsi məqsədilə Azərbaycan Miqrasiya Araşdırmaları Təşəbbüsünə (AMAT) start verir.

Femida.az xəbər verir ki, AMAT Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə yaradılan miqrasiya sahəsində peşəkar elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulmuş xüsusi platformadır.

AMAT elmi dairələr və Dövlət Miqrasiya Xidməti, eləcə də Xidmətin yerli və beynəlxalq tərəfdaşları arasında işgüzar əlaqələrin qurulmasına dəstək göstərəcəkdir.

Ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.

Magistr və yuxarı elmi dərəcəsi olan tədqiqatçılardan, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən CV və miqrasiya sahəsində təcrübələrini əks etdirən məlumatları (məs: tədqiqatların nəşr olunduğu jurnalın adı, linkləri və ya elektron versiyaları) 31 may 2019-cu il tarixədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 461