Sosial müavinətlər və yeni təqaüdlər artımla ödənildi


14:28     29 Aprel 2019 19_04_29_1556533948.jpg


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq aprelin 1-dən etibarən sosial müavinət və təqaüdlər artımla ödənilib. Eyni zamanda Prezidentin yeni təsis etdiyi aylıq təqaüdlər də hesablara köçürülüb.


Bu barədə Femida.az-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) da verilib.

"Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.

Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcəkdir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #təqaüd   #müavinət   #prezident   #sosial  

Oxunub: 720