Kazaklar Putinə qeyri-adi heykəl qoydu


23:40     17 May 2015 4047.jpg


Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kazaklar Putinin heykəlinin açılış mərasimini keçiriblər


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Leninqrad vilayətində yerli kazak icmasının təşəbbüsü ilə Roma imperatoru qiyafəsində Rusiya prezidenti Vladimir Putinin büstü qurulub.

Büstün sinəsi isə Rusiya gerbi həkk olunmuş medalla bəzədilib.

Xəbərlərə görə, heykəlin başına dəfnə yarpaqlı çələngin taxılması da nəzərdə tutulmuşdu, lakin son anda bu fikirdən imtina olunub.

Rusiya mətbuatına əsasən, süni sintetik materialdan hazırlanmış büst heykəltəraş Pavel Qreşnikovun emalatxanasında yaradılıb.

“Bu obraz Rusiyada qurduğumuz demokratiyamızın rəmzidir” - bunu “Deutsche Welle” radiosuna Sant-Peterburq “İrbis” kazak icmasının atamanı Andrey Polyakov bildirib.

Açar sözlər:

Oxunub: 563


Oxşar xəbərlər