Azərbaycan 15 ton pomidoru Rusiyaya buraxılmadı


18:44     29 Aprel 2019 19_04_29_1556543707.jpg

“Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.

Femida.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, ötən ay “Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru ölkəyə buraxmayıb.

Femida.az

Açar sözlər: #pomidor  

Oxunub: 447