“Bu günə qədər mənəviyyatımı qoruya bilmişəm” - Abutalıbov
19:54 29 Aprel 2019
Baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib.
Femida.az xəbər verir ki, sabiq mer qafqazinfo-ya açıqlamasında bildirib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır: "Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalşadırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.
Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Bundan sonra da yüz qat qorumalıdır və qorumağa çalışacağam. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür".
Bir sıra saytlarda yayılan məlumatlarda Hacıbala Abutalıbovun Bakı şəhər İcra hakimiyyətinin rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı iddialar yer alıb.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- “Buta Airways” Kiyevə uçuşları ləğv edib
- “Bu bəyannamə əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”-Prezident (VİDEO)
- “Bu şəxslərin açıq havada maska taxmasına lüzum yoxdur” - AÇIQLAMA
- “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik” - Samir Şərifov
- “Bu Qələbə Sizin güclü iradənizin sayəsində əldə edildi”- Prezidentə yazırlar
- “Bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır” - Prezident
- “Bu səfər Fransanın neytrallığına kölgə salır” - Hikmət Hacıyev
- “Bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarətindədir” - General
- “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün ağır olacaq” - Baş prokuror
- “Bu, mənim erməni xalqına sözümdür” - Prezident