Beynəlxalq təşkilatların rəhbərləri Bakıya gəlir


20:47     29 Aprel 2019 baki25.jpg

Mayın 2-3-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən Femida.az -a verilən məlumata görə, forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.

V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Moratinos, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Ahmed Əl-Otaimen, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni ölkəmizə səfərə gəlir.

Qeyd edək ki, 2 gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək.

Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 418