Şimali Koreya XİN-in nümayəndələri Azərbaycana səfər edəcəklər


21:11     29 Aprel 2019 19_04_29_1556557942.jpg

Şimali Koreya xarici işlər nazirinin müavini Pak Myong Qukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Femida.az -ın Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Qoşulmama Hərəkatına üzv ölkələri ziyarət çərçivəsində baş tutacaq.

Nazirliyin nümayəndələri həmçinin Monqolustan, İran və Suriyaya da səfər edəcəklər.

Açar sözlər:

Oxunub: 581