Zabratda avtomobil gənci vurdu


22:53     29 Aprel 2019 klinika.jpg

Paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil 1993-cü il təvəllüdlü Səlbi Niftəliyevi vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 449