Avtovağzalda pulsuz internet


09:10     30 Aprel 2019 o-FASTEST-SLOWEST-INTERNET-SPEEDS-WORLD-CANADA-facebook.jpg


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

Femida.az-a bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər.

Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.

Femida.az

Açar sözlər: #avtovağzal  

Oxunub: 192