İpoteka Fondunun mənfəəti 29% artıb
09:08 30 Aprel 2019
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il yanvarın 1-nə 1 271,749 milyon manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,7% çoxdur.
İKZF-nin aktivlərinin 886,489 milyon manatını ipoteka kreditləri təşkil edib. 2018-ci ildə Fondun kredit portfeli 29,7% böyüyüb.
Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 35,5% artaraq 738,65 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 28,6% artaraq, 692,598 milyon manata, Fondun cəmi kapitalı isə 29% artaraq 533,099 milyon manata, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 466 milyon manata çatıb.
Ötən il İKZF-nin faiz gəlirləri 47,989 milyon manat (əvvəlki ilə nisbətən 32,4% çox), faiz xərcləri 17,414 milyon manat (36,6% çox), dəyərsizləşmə üzrə zərəri 762 min manat (8,7% çox), haqq və komissiya gəlirləri 634 min manat (əvvəlki il olmayıb), haqq və komissiya xərcləri 804 min manat (24,1% çox), digər gəlirləri 824 min manat (5,2% çox), insan resursları üzrə xərcləri 3,566 milyon manat (56,95% çox), inzibati və digər xərcləri 2,352 milyon manat (27% çox), mənfəət vergisi ödəmələri isə 5,095 milyon manat (36,7% çox) təşkil edib. Son nəticədə Fond 2018-ci ili 19,456 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 29,2% çoxdur. / Report
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
- Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb
- Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Ombudsmandan “ipoteka” təklifi
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İndiyədək 31 mindən çox ipoteka krediti verilib
- Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib