Paytaxtda zəncirvari qəza: sürücülər əlbəyaxa oldu - VİDEO


09:35     30 Aprel 2019 19_04_30_1556602651.jpg

Nəsimi rayonunda 3 minik avtomobili toqquşub.


Femida.az -ın ONA-ya istinadən məlumatına görə, 28 may küçəsi ilə hərəkət edən “Hyundai” markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq “Daewoo” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə Mercedes-də olan sərnişin qadın xəsarət alıb. Mercedes-in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, bundan hiddətlənərək “Hyundai-ın sürücüsünü döyüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb.


Açar sözlər:

Oxunub: 368