Arzu Rəhimov Qubada qəbul keçirəcək


10:37     30 Aprel 2019 arzu%20rehimov%201.jpg

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 may 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qubada Qusar və Quba rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Xidmətdən Femida.az-a verilən məlumata görə, həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev tərəfindən Siyəzəndə Xızı və Siyəzən rayonlarından, saat 11:00-da isə Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev tərəfindən Xaçmazda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu təşkil olunacaq.

Qəbula yazılmaq istəyən vətəndaşların 13 may 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Femida.az

Açar sözlər:

Oxunub: 719