"Artıq hüquqşünaslar məhkəməyə gəlmədən də arayış təqdim edə bilir" - Hakim


12:12     30 Aprel 2019 2019/04/ramin-qurbanov-hakim_1556612916.jpg


Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusunda tədbir keçirilib.


"Elektron Məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, bu sistem hakimlərin, vəkillərin bir çox əməliyyatları elektron qaydada aparmasına imkan verir:

"Artıq hər hansı bir hüquqşünas məhkəməyə gəlmədən də arayış təqdim edə bilir. Lazımi sənədləri, qərarları çap sistemdən yükləyib, çap edir. Ən böyük yenilik odur ki, bu sistem imkan verir ki, hakim də, məhkəmə işinin tərəfləri də öyrənsin ki, iş məhkəmənin hansı mərhələsindədir. Bu zaman hakim bilir ki, onun qərarı yuxarı instansiyada dəyişib, ya yox. İş məhkəməyə daxil olan andan binadan çıxana kimi hakim bütün mərhələləri izləyə bilir. Əgər iş Avropa məhkəməsinə gedib qayıdıbsa belə, vətəndaş bunu sistemdə görə bilir. Məhkəmə iclaslarına video baxış da etmək mümkündür. Bu da sonradan məhkəmədə edilən çıxışları bir daha izləmək və deyilənləri qeydə almaq imkanı verir. Eyni zamanda biz bu sistemi digər dövlət qurumları ilə inteqrasiya etmişik. Artıq cinayət işi gedən şəxsin adında əmlak varmı, vergi məlumatları, başqa məhkəmədə işi varmı, fəaliyyət obyekti və s. bir çox məlumatları bu sistemdə görmək mümkündür".

R.Qurbanov bildirib ki, sistem hazırlanarkən 1200-ə yaxın şablon məhkəmə sənəd hazırlanıb və bazaya yüklənib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Elektron   #Məhkəmə  

Oxunub: 807